Zərər çəkmiş şəxsin razılaşdırılmamış görüntülərini yayanlar cəzalandırılacaq

Zərər çəkmiş şəxsin razılığı olmadan foto və ya video çəkilişin mediaya təqdim edənlər cəzalandırılacaq.

Metbuat.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Qeyd olunub ki, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı