İstehlakçılara 97 min manat qaytarılıb

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təmin olunmuş müraciətlər üzrə istehlakçılara 96 642 manat vəsait qaytarıb.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə çoxdur.

"Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının preventiv şəkildə qarşısının alınması və sahibkarlar tərəfindən müştəri məmnuniyyətini rəhbər tutan strategiyanın tətbiqi istiqamətində mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir. Dövlət Xidmətinə daxil olan və öz müsbət həllini tapmış müraciətlərin sayca artımı istehlakçı#sahibkar münasibətlərində uzlaşma imkanlarının genişləndiyinə dəlalət edir", - deyə M.Abbasbəyli qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı