Bu rayona güclü qar yağdı, yollar bağlandı - VİDEO

Güclü qar səbəbindən bəzi sürücülər Şamaxı-Pirqulu avtomobil yolunda qalıb. Nəticədə həmin yolda nəqliyyatın hərəkətində məhdudiyətlər yaranıb.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, rayonun dağ kənlərinə yağan qarın hündürlüyü 30-40 santimetrə çatıb.

Çovğun və buzlaşma nəticəsində bəzi avtomobillər yolda qalıb. Pirqulu istiqamətinə hərəkət etmək istəyən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıblar.

Yollara qum-duz qarışığı səpilsə də, qarın dayanmadan yağması səbəbindən yol yenidən bağlanıb. Bundan əlavə, güclü külək dağlardakı qarı avtomobil yoluna gətirərək hərəkət hissəsini örtür. Əraziyə 19 nömrəli xüsusi təyinatlı yol idarəsinin texnikaları cəlb olunub.

Qar ən çox Şamaxının Dəmirçi kəndində müşahidə edilir. Dəmirçi və Pirqulu istiqamətlərində yolun gecə saatlarında tamamilə buz bağlayacağı ehtimal olunur.

Daha ətraflı videoda.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR