Nazirin vəzifə verdiyi polkovnik bu şəxsin qardaşıdır - FOTO

Xəbər verdiyimiz kimi, Daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Cəmil Əmirov Yasamal RPİ-nin rəisi vəzifəsindən azad edilərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

Metbuat.az bildirir ki, polis polkovniki Cəmil Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.

O, daha əvvəl Şəmkir rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı