"Liverpul" məşhur simanı gətirir

İngiltərə Premyer Liqasında çempionluq yarışını davam etdirən "Liverpul" Yurgen Kloppdan sonrakı dövrə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Yurgen Kloppun mövsümün sonunda komandadan ayrılacağını açıqlamasından sonra məşqçi axtarışlarına başlayan "Liverpul" yenidən Maykl Edvardı futbol direktoru təyin etmək üzrədir. Jurgen Klopp ilə birlikdə komandanın ən nüfuzlu şəxslərindən biri olan Edvards 2012-ci ildə vəzifəsinin icrasına başlayıb və 2022-ci ilin sonunda işini tərk edib. Salah, Van Deyk və Alisson kimi futbolçuların transferində rolu olan Edvards təhlil və işə qəbul departamentinə rəhbərlik edəcək.

“Çelsi” də daxil olmaqla bir çox təklifi rədd edən Maykl Edvardsın yeni baş məşqçi seçimində kritik rol oynayacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR