Azərbaycan pomidor ixracından bu qədər gəlir əldə edib

2019-2023-cü illər ərzində Azərbaycandan 880 milyon 466.7 min ABŞ dolları dəyərində 789 min 311 ton pomidor ixrac edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, 2019-2023-cü illər ərzində pomidor ixracı, bu illər ərzində ümumi kənd təsərrüfatı məhsulları ixracının ( 3 mlrd. 237.1 mln. dollar) 27.2%-ni təşkil edib.

    Qeyd edək ki, Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac edilib. Belə ki, 2019-2023-cü illər ərzində ölkədən Rusiyaya 861 milyon 639 min dollar dəyərində pomidor ixrac edilib. Beləliklə Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının 97.9%-ni təşkil edib.

    Xatırladaq ki, hesabat dövründə pomidorun 1 kiloqramının orta ixrac qiyməti 1.11 ABŞ dolları təşkil edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı