Əməkhaqqı və sosial ödənişlərə ayrılan vəsaitin həcmi açıqlandı

2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36%-i və ya 13,1 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib, artım 12,7% olub.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

    Baş nazir deyib ki, 2023-cü ildə minimum əmək haqları 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb: “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əməkhaqqı orta hesabla 15% artırılıb. Həmçini, minimum pensiya məbləği 16,7%, orta pensiya məbləği 17,3%, yaşa görə pensiya məbləği isə 16,5% artıb. 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşmiş və müvafiq olaraq 2022-ci illə müqayisədə 17% və 23% artırılaraq 246 manat müəyyən edilib. 2023-cü ildə təkcə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 mln. manat vəsait ayrılıb və 1,9 milyon vətəndaşı əhatə edib”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı