Alimlər qeybətə meyilli olan insanları açıqlayıblar

Alimlər insanların hansı səbəblərdən dolayı qeybətə meyilli olduqlarını araşdırıblar.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, araşdırma Çinin Pekin Pedaqoji Universitetinin psixoloqları tərəfindən aparılıb. Araşdırmanın nəticələri “Evolutionary Psychological Science” jurnalında dərc olunub.

Araşdırmaya görə, özünə inamı az olan qadınlar tanıdıqları insanlar barədə şayiələr yaymağa meyilli olurlar. Məqalədə qeyd edilir ki, insanlar digər sosial qruplara nisbətən öz dostları arasında neqativ məlumatları müzakirə etməyi daha çox xoşlayırlar. Eyni zamanda psixoloqlar müəyyən edib ki, özünə güvənməyən insanların dedi-qodu yayma ehtimalı digər insanlara nəzərən daha çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı