Azəbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlandı

Cari ilin yanvar-fevral ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 9,5 faiz azalaraq 4 milyard 686,4 milyon kilovat-saat olub.

Metbuat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, iki ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 4 milyard 316,2 milyon kilovat-saat, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 146,7 milyon kilovat-saat artımla 268,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kilovat-saat artımla 101,9 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 9,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 50,7 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 milyard 186 milyon kilovat-saat (İES-lərdə 3 milyard 928,1 milyon kilovat-saat, SES-lərdə 257,9 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 59,8 milyon kilovat-saat (İES-lərdə 44,5 milyon kilovat-saat, SES-lərdə 8,1 milyon kilovat-saat, Günəş ES-də 7,2 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,0 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 milyon kilovat-saat təşkil edib.

İki ay ərzində elektrik enerjisinin idxalı 1,5 dəfə artaraq 32,5 milyon kilovat-saat, ixracı isə 3,8 dəfə azalaraq 221,6 milyon kilovat-saat olub.

Qeyd edək ki, cari ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 6 faiz azalaraq 2 milyard 273,5 milyon kilovat-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 1,3 dəfə artaraq 13,5 milyon kilovat-saat, ixracı isə 3,15 dəfə azalaraq 106,7 milyon kilovat-saat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı