Külək güclənəcək, dolu yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR