Bu göldə mamont DNT-si aşkar edildi

Rusiya, Almaniya və ABŞ- dən olan alimlər qrupu Sibirdəki göllərdə qədim nəsli kəsilmiş meqafaunanın, o cümlədən mamontlar və yunlu kərgədanların DNT-sini aşkar ediblər.

Metbuat.az-ın xəbərinə görə, araşdırmanın nəticələri “eLife” jurnalında dərc olunub . Tədqiqatçılar 2019-cu ildə Qərbi Sibirdəki Yamal yarımadasındakı iki Arktik termokarst gölünün son bir neçə əsrə aid olan çöküntülərindən əldə edilmiş özəkləri təhlil ediblər. Məlum olub ki, onların tərkibində bir neçə min il əvvəl nəsli kəsilmiş qədim meqafauna növləri olan mamont və yunlu kərgədanların DNT-si var.

Çöküntülərin yaşı ilə mamontların və yunlu kərgədanların ömrü arasındakı uyğunsuzluq buzlaqların əriməsi ilə izah olunur. Alimlər hesab edir ki, qədim heyvanların DNT-si ərimiş su vasitəsilə göllərə daxil ola bilərdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı