Abşeronda ikimərtəbəli evdə yanğın olub

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR