Bu terror aktına biganə qalmayanlara və bu ağrını bizimlə bölüşənlərə ürəkdən təşəkkür edirik.
Metbuat.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Yelizaveta Qlerezka bildirib.
“Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”un konsert zalında baş verən dəhşətli faciə bizi şoka salıb. Ölənlərin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik oluruq. Azərbaycan sakinləri qanlı terror aktı qurbanlarının xatirəsini yad etmək üçün Rusiyanın Bakıdakı səfirliyinin binası önünə gül dəstələri düzürlər. Biganə qalmayanlara və bu ağrını bizimlə paylaşanlara ürəkdən təşəkkür edirik. Prezident İlham Əliyevin adından başsağlığı, Xarici İşlər Nazirliyinin, eləcə də Nazirlər Kabinetinin başsağlığı da verilib”, - o vurğulayıb.