Milli Məclisin deputatı Parlamentlərarası İttifaqın Komitə iclasında COP29 barədə çıxış edib

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Davamlı İnkişaf üzrə Daimi Komitənin iclası keçirilib.

Metbuat.az bildirir ki, “İqlim fəaliyyəti üçün tərəfdaşlıq: əlverişli yaşıl enerjiyə çıxışın təşviqi və innovasiya, məsuliyyət və ədalətin təmin edilməsi” mövzusunda qətnamə layihəsinin müzakirəsinə həsr olunmuş iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfələrdən danışıb.

    Bu sahəyə qoyulan investisiyalar, "yaşıl enerji"yə keçid istiqamətində atılan addımlar barədə məlumat verib.

    Milli Məclisin üzvü qeyd edib ki, COP29 kimi mötəbər bir forumun Azərbaycanda keçirilməsi qlobal problemlərə həssas münasibətin, eyni zamanda bu sahədə təcrübəni bölüşmək niyyətini ifadə edir: "COP29-un qarşısında çox çətin məsələlərin həlli dayanır və bunlardan biri də iqlim maliyyələşdirilməsidir. COP29-da əsas mövzulardan biri maliyyələşdirmə olacaq. Bu baxımdan düşünürəm ki, parlamentlərin üzərinə də çox mühüm və tarixi əhəmiyyətə malik bir missiya düşür. Çünki biz hökumətləri və ictimaiyyəti iqlim dəyişiklikləri ilə mübarizədə maliyyənin rolunun həlledici olduğuna inandrımalıyıq".

    Soltan Məmmədov bildirib ki, nəhəng bərpaolunan enerji ehtiyatları ölkəmizin yaxın gələcəkdə “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə imkan verəcək.

    Deputat, Parlamentlərarası İttifaqın üzvlərini Bakıda keçiriləcək COP29- tədbirində iştirak etməyə dəvət edib: “COP29 çərçivəsində qəbul olunacaq sənədlər iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyi təmin etmək məqsədlərinə gedən yolda uğurlu addımlardan biri olcaq”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı