Heç bir dövlət terrordan sığortalanmayıb - Deputat

"Heç bir dövlət terrordan sona qədər sığortalanmayıb. Məlum məsələdir ki, terrorun qarşısını almaq üçün mütləq şəkildə xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları və digər cavabdeh qurumların hamısı birmənalı şəkildə əməliyyat şəraitinə nəzarət etməlidir".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. O bildirib ki, alınan hər bir məlumat birmənalı şəkildə təhlil edilməli və ciddi qərarlar qəbul edilməlidir:

"Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tam şəkildə əməliyyat şəraitinə nəzarəti həyata keçirir. Bunun Azərbaycan vətəndaşı ilə birgə hayata keçirilməsi çox mühüm məsələdir. Alınan heç bir məlumata laqeyd yanaşmaq olmaz. Çünki, bu terror hadisələrinin sonu böyük itkilərə səbəb olur. Buna görə də, çox ciddi addımlar atılmalıdır".

Deputat qeyd edib ki, son vaxtlar DTX-nın keçirdiyi tədbirlər və digər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar bir daha göstərir ki, terrorun qarşısı birgə alınmalıdır:

"Eyni zamanda xüsusi xidmət orqanlarının məlumatları koordinasiyalı şəkildə müzakirə olumalı, məlumat mübadiləsi aparılmalı və konkret addımlar atılmalıdır. Bu istiqamətdə artıq biz nəticələri də görürük. İstər radikal dini qurumlara qarşı, istər kriminal qruplaşmalara qarşı. Erməni xüsusi xidmət orqanlarının agenturasına qarşı çox ciddi əməliyyat həyata keçirilir. Çünki, Azərbaycan son 30 ildə ən çox terrora məruz qalmış ölkələrdən biridir. Və bunun acı nəticəsinin nə olduğunu hər bir Azərbaycan vətəndaşı başa düşür. Ona görə də, bu hallara qarşı bir yerdə addımlar atılmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı