Bu ölkə Azərbaycandan qaz almaq istəyir

"Albaniya Azərbaycandan qaz idxal etmək istəyir. Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdi".

Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, bunun üçün əla fürsət var:

"Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 215 km-i Albaniya ərazisindən keçir. Başqa sözlə Albaniya TAP-ın keçdiyi 3 ölkədən biridir. Yəni Albaniyaya Azərbaycan qazından istifadə üçün digər ölkələr kimi hansısa tranzit ölkədən istifadə etməyə ehtiyac yoxdur".

Ekspert qeyd edib ki, 550 km Yunanıstan ərazisindən, 105 km isə Adriatik dənizindən keçən TAP ən yüksək hündürlüyü olan 1800 metlik yüksəkliyə də məhz Albaniya ərazisində qalxır:

"Azərbaycan tərəfi bu fürsətdən istifadə edərək, təkcə ixracatçı kimi deyil, eyni zamanda Albaniyanın qaz şəbəkəsinin qurulmasında ciddi investor kimi çıxış edə bilər. Belə ki, Albaniya elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alır. Lakin inkişaf edən sənayesi qaz təsərrüfatının yaradılmasını tələb edir. Orada isə qaz ehtiyatları olsa da, lakin bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır.

Odur ki, Azərbaycan nəzərdə tutulan həcmdə qaz ixracı ilə yanaşı orada şəbəkənin qurulmasında investor kimi iştirak edə bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı