Beşotaqlı ev yandı

Salyanda beşotaqlı ev yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Salyan rayonunun Sarvan kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR