ANS-in məşhur verilişi ekranlara qayıdır - Aparıcı o olacaq

“Toylar kralı” proqramı yenidən efirə qayıdır.

Metbuat.az xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev açıqlama verib. Veriliş MTV-də yayımlanacaq. Tarix Əliyev verilişin aparıcısının özü olacağını açıqlayıb.

“MTV-də yeni layihə başlayır. Mən heç vaxt bu formatda veriliş aparmamışam, bu dəfə istədim edim. Kamran Həsənli sağ olsun ki, “Toylar kralı”ının adından istifadə etməyə icazə verdi. Bu dəfə SMS səsvermə yox, münsiflər heyəti olacaq. Bəziləri yazıblar ki, bu nə verilişdir? Siz öyrəşmisiniz sosial verilişlərdə qadınları diz çökdürməklərinə, əri olmayan ekspertlərin namusdan qeyrətdən danşmağına, qardaşı arvadını zorlayanları qəhrəman kimi göstərilməyinə, uşaqları ağlatmağa, sponsorlara görə xəstələri həkimlərə yalvartmağa... Ona görə düşünürsünüz ki, bu “Toylar Kralı”dırsa, kasıb müğənnilər heç bir pul ödəmədən efirdə görünəcəksə, bu, biabırçılıqıdr. Amma camaatı efirdə ağlatmaq biabırçılıq deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı