Dr. Maksim İvançuk beynəlxalq mərasimdə mükafatlandırıldı - FOTO

Gənclik bütün zamanlarda insanları düşündürən önəmli məsələlərdən olub. Hətta tarixin müxtəlif dövrlərində gənclik iksiri hazırlamaq, ölümsüzlüyün sirrini tapmaq iddiasında olanlar olub. Müasir dövrdə isə xüsusilə qadınlar gənc qalmaq üçün müxtəlif kosmetik prosedurlara müraciət edirlər. Bu nöqteyi nəzərdən estetik həkimləri dövrümüzün Gözəllik tanrıları” da adlandırmaq olar.

Ukraynalı plastik, rekonstruktiv və estetik cərrah Maksim İvançuk öz ölkəsinin sərhədlərindən kənarda da əl işləri ilə tanınır. İnnovativ baxışları, özünəməxsus texnika və üsulları ilə adından söz etdirən peşəkar estetik cərrah məşhur “İvançukun Plastik Cərrahiyyə Klinikası”nın qurucusudur. Təqdim etdiyi estetik xidmət keyfiyyəti ilə hər zaman ön sıralarda olan klinikada yalnız təcrübəli mütəxəssislər fəaliyyət göstərir.

Dr. Maksim İvançuk bu sahədə olan illərin təcrübəsi və mindən çox cərrahiyyə əməliyyatı ilə Ukraynanın aparıcı plastik cərrahları arasında yer alır. Hər bir pasiyentə individual yanaşma tərzi ilə adından söz etdirən cərraha müraciət edənlər sırasında dünyanın müxtəlif yerlərindən olan qadınlar üstünlük təşkil edir. Estetik cərrahiyyə sahəsinə olan marağı və dərin bilikləri sayəsində o, dünyanın heç bir yerində istifadə olunmayan müəllif texnikaları hazırlayıb.

Dr. İvançukun innovativ üsullarını sırasına əvvəllər plastik cərrahiyyə ilə düzəldilməsi mümkün olmayan boyunətrafı cizgilərin çıxarılmasını nəzərdə tutan məşhur “veneranın üzükləri” proseduru da daxildir.

Peşəkar cərrah anadangəlmə və sonradan qazanılmış estetik qüsurları düzəltməyə və pasiyentlərin gənc görünüşlərini qaytarmağa kömək edən 60-dan çox üz və bədən prosedurunun müəllifidir.

Ukraynada plastik cərrahiyyənin keyfiyyətini artırmaq üçün xarici mütəxəssislərin texnikasını mənimsəyən peşəkar həkim Maksim İvançuk ABŞ, Almaniya, Avstriya və Cənubi Koreyanın ən yaxşı plastik cərrahları ilə daim fikir mübadiləsindədir.

Dr. Maksim İvançuk 19 Mart 2024-cü il tarixində “The Globe Gala” layihəsində ilin “The Best Plastic Surgeon of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR