Ekvador Prezidenti İlham Əliyevi təbrik edib

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Bu ilin fevral ayında Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizə böyük məmnunluq hissi ilə təbriklərimi çatdırıram.

Mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini davam etdirmək arzusunda olduğumu bildirirəm.

Ümidvaram ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün Azərbaycan xalqına firavanlıq gətirəcəkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı