Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacaqda olub.

S.Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.

Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı