Ağrıkəsici olan ən yaxşı 5 qida

Bəzi bitkilər və meyvələr min illərdir təbii ağrıkəsici kimi istifadə olunur.

Metbuat.az xarici mediaya istinadən təbii ağrıkəsici olan meyvə və bitkiləri təqdim edir:

Zəncəfil - 2 min ildir həzm sistemini sakitləşdirdiyi bilinən zəncəfil eyni zamanda təsirli ağrı kəsicidir. Zəncəfil, oynaqların ağrıları və menstrual kramplar da daxil olmaqla, artrit ağrıları ilə mübarizə aparan təbii bitkidir.

Albalı - albalıdakı antosiyanin adlanan yüksək miqdarda antioksidantlar albalıların ağrı ilə mübarizə gücünün açarıdır. Araşdırmalar göstərib ki, albalı şirəsi idman edən kişilərdə əzələ zədələnməsi əlamətlərini azaldır.

Nanə - nanə yağı qıcıqlanmış bağırsaq sindromunun əlaməti olan ağrılı krampları, qazı və şişkinliyi aradan qaldırır.

Qoz - tərkibindəki yüksək miqdarda "omeqa-3" yağ turşuları ilə beyin və ürək sağlamlığı ilə yanaşı ağrılara da faydalıdır. Müntəzəm olaraq qoz istehlakı əzələ və oynaq ağrılarına qarşı təsirlidir.

Sarımsaq - Diş və baş ağrılarına yaxşı təsir edən sarımsaq təbii antibiotik kimi tanınır. Gündə 2-3 diş sarımsaq ümumiyyətlə əzələ və sümük ağrılarını azaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR