"Crocus"a görə 9 nəfər bu ölkədə saxlanıldı

Rusiyada “Crocus City Hall” konsert salonunda törədilən terror aktı ilə bağlı Tacikistanda 9 nəfər saxlanılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı məlumat rus Teleqram kanallarında paylaşılıb. Məlumata görə, şübhəlilər terrorçulardan ikisinin yaşadığı Vəhdət şəhərində saxlanılıb. Onlar terrora görə məsuliyyəti üzərinə götürən İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə şübhəli bilinirlər.

Qeyd edək ki, “Crocus City Hall” konsert zalında martın 22-də terror aktı törədilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR