Melaniya Co Baydenin həyat yoldaşı ilə görüşməkdən imtina etdi

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın həyat yoldaşı Melaniya Tramp ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cil Baydenlə görüşməkdən imtina edib.

Metbuat.az xəbər verir ki, Melaniya Bayden administrasiyasının Mar-a-Laqo malikanəsinə basqınını əsas, Cil Baydenlə görüşməyib. Melaniya Trampa yaxın mənbə "The New York Post"a açıqlamasında bildirib ki, Melaniya Tramp Ağ Evə getməyəcək. Melaniya Baydenin malikanədə axtarış aparmasına icazə verməsinə görə qəzəblidir.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden və ABŞ-ın 47-ci prezidenti seçilən Trampın Ağ Evdə görüşəcəyi deyilir. ABŞ-da bu cür görüşlər ənənəvi olaraq gedən prezidentlə yeni gələn prezident arasında keçirilir. Bu, ABŞ-da hakimiyyətin dinc yolla ötürülməsi kimi təqdim edilir. Vəzifəsini tərk edən prezidentin həyat yoldaşı da öz varisini Ağ Evdə çay süfrəsinə qonaq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı