Qadından hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Paytaxt sakini qadın şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyərək ondan 1000 manat pul tələb edən şəxs barəsində polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən İlkin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı