"Real" Arda ilə bağlı yekun qərarını verdi

“Real Madrid” Arda Gülerlə bağlı qərarını onun Avropa çempionatındakı oyunundan sonra verəcək.

Metbuat.az xəbər verir ki, Ardanın uğurlu oyunu onun “Real”da qalmasına səbəb olacaq. İspan mətbuatında yer alan son xəbərə görə, “Real” Ardanı satmaq istəmir, lakin icarəyə göndərə bilər. Bundesliqanın 3 nəhəngi Ardanı heyətinə cəlb etməkdə maraqlıdır. “Bavariya” Ardanı birədəflik transfer etmək istəyir. “Bayer Leverkuzen” və “Borussiya Dortmund” isə futbolçunu icarəyə götürmək istəyir. "Las Palmas" və "Xetafe"nin də Ardanı gələn mövsüm icarə əsasında heyətinə qatmaq istədiyi iddia edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı