Qızılın qiyməti tarixi rekordu yenilədi

Dünya bazarlarında qızılın qiyməti tarixi rekordu yeniləyib.

Metbuat.az bildirir ki, 1 unsiya və ya 31 qram qızılın qiyməti 0,29 faiz artaraq 2285,07 dollar təşkil edir. Ekspertlər bahalaşmanın ilin sonuna qədər davam edəcəyini deyirlər.

    Mütəxəssislər bunu onunla əlaqələndirirlər ki, investorlar Yaxın Şərqdəki müharibənin yarada biləcəyi risklərdən öz kapitalını qorumaq istəyirlər. Eyni zamanda Federal Ehtiyat Sisteminin yaxın vaxtlarda pul-kredit siyasətini yumşalda biləcəyi ehtimal edilir ki, bu da bahalaşmaya təsir edir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı