Bu ölkə də müharibəyə qoşulur - "Tam hazırıq"

“Belarus müharibəyə tam hazırdır”.

Metbuat.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, hansı ölkə ilə müharibə edə biləcəyini və səbəblərini açıqlamasa da, verdiyi bəyanatdan hər növ gərginliyə hazır olduqlarını qeyd edib:

"Heç kimə inanmayın ki, biz guya müharibə istəyirik. Biz sadəcə müharibəyə hazırlaşırıq və bunu açıq deyirəm. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Bu fikirləri məndən öncə deyənlər çox haqlıdırlar".

Belarus Prezidenti onu da bildirib ki, respublikada müvafiq bölmələrə lazımi təlimlər keçirilib, ordu qoşunları isə müxtəlif növ silah və texnika ilə təchiz edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı