Qərb indi də Qafqazda oyun oynayır - Politoloq

"Fransanın İrəvandakı səfiri Olivye Dekotti beynəlxalq normaları pozmaqla hünər iş görürmüşlər kimi deyir ki, Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir. Deməli birbaşa etiraf edirlər ki, Cənubi Qafqazda ikinci cəbhə yaradırlar".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, Ermənistanı dəstəkləməklərinin səbəbini onunla əsaslandırırlar ki, özünü müdafiə etsin:

"Sual olunmalıdır ki, kimdən və nədən? Qırmızı xəttiniz olaraq elan etdiyiniz və məhz digər regionlarda da bu səbəblə ala-yarımçıq dəstək verdiyiniz ölkələrin ərazi bütövlüyü məsələsindən Azərbaycanın ərazi bütövlüyü heç də fərqlənmir. Yəni, ərazi işğalı həyata keçirən Ermənistan, Ermənistanın Azərbaycanı bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qoymasını görməzdən gələn siz, minalanmaya səssiz qalan, Ermənistana təzyiq etməyən, bu işdə bizə dəstək görməyən də siz. Qərb utanmır, hələ üstəlik indi də Cənubi Qafqazda Qafqazla oynayır".

O bildirib ki, Azərbaycan proseslərə rəqabət üzərindən deyil, öz maraqları və prioritetləri üzərindən yanaşır:

"Qərbə qarşı ona görə daha sərt ritorika istifadə edirik ki, ortada ikili standartlar var. Ermənistanda insanlar siyasi baxışına görə təqib olunanda, mediaya təzyiqlər olanda görmürlər, Azərbaycanla bağlı isə qarışqadan fil düzəldirlər. Narahat olmasınlar, biz də unutmadan məhz bu amili də, Culian Assanc məsələsini xatırlatmaqla da Blinkenin diqqətinə çatdırmışıq, çatdırdığımızı da bir daha vurğuladıq".

Şəbnəm Həsənova qeyd edib ki, Ermənistanın şərti sərhəddə möhkəmləndirilməsi, Qərb ölkələrinin Qafqazda sülhün pozmağaçalışması ən yaxşı ssenaridə belə birinci elə məhz Ermənistan üçün heç nəyi dəyişən deyil:

"Növbəti müharibənin olması sadəcə zamanı keçmiş silahların indi də Ermənistan ərazisində utilizasiyası ilə nəticələnək. Bu cəhdlərin hər biri regionda sülhə və stabilliyə maneədir ki, Azərbaycan da məhz buna qarşıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı