Rusiya Brüssel görüşü ilə bağlı bəyanat yaydı

“Moskva İrəvanı Qərbin özünü aldatmasına və Ermənistanı yanlış yola salmasına imkan verməməyə çağırır”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldə Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatında deyilir. Rusiya tərəfi görüşü “Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdi” kimi qiymətləndirir:

“Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələnə, yeni ayırıcı xətlərin yaranmasına, habelə gərginliyin idarəolunmaz hala gəlməsinə səbəb ola bilər. Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazda özünün təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir”.

“Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və AİB-dən çıxmasına, Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılmasına can atırlar”, - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı