Yük avtomobilinin aşması nəticəsində bağlanmış yol açılıb

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında baş verən qəza səbəbindən Böyükşor şosesi - “Koroğlu” stansiyası, mərkəz, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən “Volvo” markalı, 30 ton tutuma malik çəni olan yük avtomobilinin yolun hərəkət hissəsinə aşması nəticəsində 200 kvadratmetr sahəyə yanğın təhlükəli bitumun dağıldığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə mümkün yanğın təhlükəsi aradan qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı