Gülbahar Kalmuratova The Globe Gala-da təltif olundu - FOTO

Son zamanlar müalicə məqsədilə insanların başqa ölkələrə səfər etməsi tibbi turizmin dünya səviyyəsində inkişafına təkan verən başlıca amildir. Bu, pasiyentlərə öz ölkələrində olmayan tibbi texnologiyalar vasitəsilə müalicə almaq imkanı yaradır.

Asiya ölkələrində bu sahənin aparıcı nümayəndələrindən biri də özbəkistanlı mütəxəssis Gülbahar Kalmuratovadır. O, Cənubi Koreya, Almaniya, İspaniyanın aparıcı nümayəndələri ilə birgə müalicə turizminin inkişafında ixtisaslaşmış mütəxəssis, GK Healthcare Tourism şirkətinin təsisçisidir.

Onu komandası plastik cərrahiyyə, ortopediya, reabilitasiya və onkologiya kimi sahələrlə çalışır. Şirkət təsisçisi və tibbi koordinator kimi Gülbahar Kalmuratova 10 ildən artıqdır ki, insanları doğru həkim və müalicəyə yönləndirir, çətin anlarında onlarla birlikdə addımlayır.

GK Healthcare Tourism əməkdaşları dünyanın hər yerindən olan xəstələrlə uğurla işləməkdə uzun illər təcrübəsi olan yüksək ixtisaslaşmış ekspertlərdir. GK Healthcare Tourism pasiyentlərə müasir və effektiv müalicə üsulları, hər bir xəstəyə fərdi yanaşma və yüksək səviyyədə xidmət təklif edir. Şirkət əlaqədə olduqları klinika və xəstəxanaların ən yaxşı həkimləri ilə rahatlıqla əlaqə saxlayıb pasiyentlərin mütəxəssis həkimlər tərəfindən müalicə almasını asanlaşdırır.

Qədim səhiyyə tarixi və müasir texnologiyaların heyrətamiz sintezi Cənubi Koreyada müalicə almaq istəyənlərə geniş imkanlar verir. Gulya Kalmuratovanın bu keyfiyyətlərini nəzərə alaraq bu ölkədə təsis etdiyi GK Healthcare Tourism şirkəti komandanın peşəkarlığına və qayğısına zəmanət verir.

Səhhətininizi peşəkarlara etibar edin və GK Healthcare Tourism ilə sağlamlıq və gözəllik səyahətinə çıxın.

Gülbahar Kalmuratova, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Successful Health Entrepreneur of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR