“Unibank”dan onlayn əməliyyat edən şəxslər lotereyanın qalibi olublar

“Unibank”dan onlayn əməliyyat edən şəxslər lotereyanın qalibi olublar
18:23 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
“Albalı və Albalı Plus kartınızla əməliyyat edin və qazanın” lotereyası çərçivəsində “Unibank”ın 5 müştərisi “İphone 6” mobil telefonu, 30 nəfər isə pul mükafatı qazanıb.
Bankdan AzərTAc-a bildiriblər ki, yanvarın 5-də “Albalı və Albalı Plus” kartları ilə Azərbaycanda və xaricdə 20 manatlıq və daha çox nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən şəxslər lotereyanın iştirakçısı olublar.
“Unibank”dan Dubayda 1 həftə 5 ulduzlu oteldə əla istirahət, üstəlik 2 nəfərlik səyahət paketi ilə əsas mükafatı qazanan müştəri Simuzər Cavadzadə deyib: “Mən neçə ildir “Unibank”ın müştərisiyəm. Həyatımda ilk dəfədir ki, lotereyada hədiyyə qazandım və bu hədiyyəni də ALBALI kartım qazandırdı mənə. Bu yaxınlarda ad günüm olacaq. “Unibank” mənə ilk, həm də ən gözlənilməz və qiymətli ad günü hədiyyəsi etdi”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibankdan_onlayn_emeliyyat_eden_sexsler_lotereyanin_qalibi_olublar-825853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR