Azərbaycan Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfədən çox artırıb

2023-cü ildə Azərbaycan Böyük Britaniyanın iqtisadiyyatına 156,8 milyon ABŞ dolları investisiya yatırıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5,9 %-dən 5 %-ə düşüb.

Ötən il Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 857,1 milyon ABŞ dolları investisiya yatırıb.. Bu isə əvvəlki ilə nisbətən 5,5 % çoxdur.

İl ərzində Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28%-dən 27,9 %-ə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı