Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub.
Metbuat.az xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Təcili tibbi yardım xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib.
Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.