“Bitcoin” son 24 saat ərzində təxminən üç min dollar ucuzlaşıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bir gün əvvəl “Bitcoin”in dəyəri 66 min ABŞ dollarını keçmişdi.
Aprelin 16-na keçən gecə ilk kriptovalyutanın məzənnəsi təxminən 5% azalaraq USDT stabilkoini ilə cütlükdə 62 min dollara düşüb.
Analitiklər hesab edirlər ki, geosiyasi vəziyyət, eləcə də dolların möhkəmlənməsi “Bitcoin” məzənnəsinə təsir göstərir.