Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 tapança, 17 patron və 2 bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya rayon polis idarəsinə müraciət edə bilərlər.