Qaraçuxurdakı "çən" hadisəsinin təfərrüatı bilindi - VİDEO

Su çəninə düşən daşı çıxartmaq istədi, ancaq özünü o çəndən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxartdılar.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə Fərman Kərimzadə küçəsi, 67 ünvanında səhər saat 7 radələrində baş verib.

Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb, su çənini yarasız hala salıb. Ev sahibi isə daşı ordan çıxartmaq, çəni təmir etmək üçün su çəninə düşüb. Elə hadisə də bundan sonra baş verib. Çənin içərisindən çıxa bilməyən sakinin dadına ilk yoldaşı yetişib.

Bildirildi ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan1986-cı il təvəllüdlü vətəndaş xilas edilib. Həmin vətəndaşın özü ilə danışmaq istəsək də, qonşular bildirirlər ki, onlar adətən bazar günü evdə olmurlar. Elə bu bazar günü səhər erkəndən yaşanan qəribə hadisə də, ailənin həmin ənənəsini poza bilməyib.

Mövzu ilə bağlı daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı