Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mobilliyin transformasiyası proqramı çərçivəsində AYNA tərəfindən Bakı şəhərində avtobus dayanacaq pavilyonlarının quraşdırılması və yenilənməsi prosesi davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait yaradılır.

Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar quraşdırılır. Ümumilikdə 86 dayanacaq pavilyonunun quraşdırılması nəzərdə tutulur", - deyə qurumdan məlumat verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı