Hacıhüseyn qələbəsini ona həsr edibmiş - Ana DANIŞDI

Güləş üzrə U-17 Azərbaycan çempionatında qızıl medal qazandıqdan sonra anasına kövrələrək təşəkkürü ilə gündəm olan Hacıhüseyn Əhmədzadə açıqlama verib.

Metbuat.az xəbər verir ki, "Xəzər TV"yə danışan idmançı bildirib ki, onun güləşdə uğur qazanmasında anasının böyük rolu olub.

"Anam olmasaydı, bunların heç birinin gerçəkləşəcəyinə inanmırdım. O idi mənə dəstək olan. Gündə 2 dəfə Bakıdan Sumqayıta məşqə gedirdim. Çəki barədə problemlərim də olurdu, aşağı salmaq lazım gəlirdi. Bu boyda yolu ac qayıdırdım, təzədən ikinci məşqə getməli olurdum. Anam da mənə dəstək oldu. Dəfələrlə ona dedim ki, mən uduza da bilərəm, əziyyətimiz yerdə qalar. Dedi ki, ona görə narahat olma".

İdmançının anası Ramilə Əhmədova isə deyib ki, o hər zaman oğluna inanıb:

“Allah məni arzuma çatdırdı. Həmişə deyirdim məqsədimiz odur ki, sənə baxıb "halal olsun" desinlər. Hiss edirdim ki, onun gələcəyi var. Ümid edirəm ki, bizə Avropa çempionluğu medalını gətirəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı