Mina təhlükəsi uzun illər davam edəcək - Ekspert

"Mina təhlükəsi hələ uzun illər davam edəcək. Bu təhlükəni aradan qaldırmaq üçün adiyatı dövlət qurumları əlindən gələn bütün tədbirləri görür".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, insanlar bu təhlükədən qorunmaq üçün ANAMA-nın və digər adiyatı qurumların xəbərdarlıqlarını mütləq diqqətə almalıdırlar.

"Təmizlənməmiş ərazilərə daxil olmaqdan çəkinməlidirlər. Müvafiq təlimatların tələblərinə mütləq riayət etməlidirlər".

Qeyd edək ki, son günlər işğaldan azad edilmiş ərazilərdə bir neçə dəfə mina hadisəsi baş verib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı