Sus kəndinə köçürüləcək ailələrin sayı bəlli oldu

Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailənin köçürülməsi gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, hazırda Sus kəndində 59 fərdi ev tam hazır vəziyyətdədir.

Bundan başqa, kənddə tam orta məktəb və bağça hazırdır. Kəndin məktəbi 15 sentyabr tarixində ilk şagirdlərini qarşılaya biləcək.

Məlumata görə, kənddə 1 ticarət mərkəzi, 1 ərzaq mağazası, qəsəbə boyu park mövcuddur. Bundan başqa, Sus kəndində bir 630 kVA-lıq kompleks transformator qurulub.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma keçirilib. Ailə tərkibinə uyğun olaraq ailələr 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı