Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - FOTO

Qusar şəhər meşəsində böyük bir ərazinin satıldığı iddia edilir.

Metbuat.az Olke.az-a istinadən xəbər verir ki, sözügedən ərazidə ev tikmək üçün 4200-dən artıq ağacın kəsiləcəyi bildirilir.

Ərazinin xəritədən və real görüntüləri isə belədir:

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev qeyd olunan ərazidə aparılan bütün tikinti işlərinin dayandırıldığını dedi.

“Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - deyə E. Hacıyev əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı