Azərbaycandan aviabiletlərin minimum qiymətləri açıqlandı

Bu ilin may ayı üçün Azərbaycandan birbaşa və tranzit yolla aviabiletlərin minimum qiymətləri açıqlanıb.

Metbuat.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu ay birbaşa aviareyslərdə ən yüksək qiymət 320,8 avro ilə Pakistanın İslamabad şəhərinədir. Bu şəhərə tranzit uçuşla isə qiymət 337,5 avro təşkil edib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 9,9 %11,9 % çoxdur.

İkinci yerdə aviabiletlərin ən yüksək minimal qiyməti Pakistanın Lahor şəhərinədir. Bu şəhərə birbaşa və tranzitlə biletlərin qiyməti 319,9322,7 avrodur. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər müvafiq olaraq 9,5 %7,2 % artıb.

Üçüncü pillədə Hindistanın Dehli şəhəri gəlir. Bu şəhərə birbaşa minimal uçuş biletlərin qiyməti 306,9, tranzitlə isə 185,07 avrodur. Bu da ötən ilin may ayı ilə müqayisədə birbaşa biletlərin qiymətində 52,6 % artım, tranzitlə isə 39,9 % azalma deməkdir.

Tranzit yolla aviabiletlərin ən yüksək minimum qiyməti 450 avro (-31,5%) olmaqla ABŞ-ın Nyu-York şəhərinədir. İlk üçlüyə Yaponiyanın Tokio 411,9 avro (-62,4 %) və Cənubi Koreyanın Seul 407 avro (-22%) şəhərləri daxil olub.

Qeyd edək ki, bu şəhərlərə birbaşa reyslər yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı