"Azəri-Çıraq-Günəşli"yə bu il xərclənilən vəsait açıqlandı

Bu ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” yataqları bloku (AÇG) üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 347 milyon dollar əsaslı məsrəflər xərclənib.

Metbuat.az xəbər verir ki, cari ilin birinci rübündə AÇG üzrə ümumi xərclər 462 milyon dollar təşkil edib.

Hesabata əsasən, 2024-cü ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (92 000), Qərbi Azəri (79 000), Şərqi Azəri (53 000), Dərinsulu Günəşli (63 000) və Qərbi Çıraq (31 000) platformalarından birlikdə – gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub.

“Rübün sonunda AÇG-də ümumilikdə 139 neft hasilatı quyusu, 43 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub”, - hesabatda bildirilir.

Qeyd olunur ki, birinci rüb ərzində AÇG-də 3 neft hasilatı və 1 su injektoru quyusu tamamlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı