Paşinyanın postuna o namizəddir - İDDİA

"Ermənistanda müvəqqəti hökümət olacaq, 1 illik. Bu müddətdə bəzi problemlər həll ediləcək. Bundan sonra isə ədalətli seçki keçirmək mümkün olacaq".

Metbuat.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O bildirib ki, “Vətən naminə Tavuş” hərəkatından Baş nazir postuna namizəd arxiyepiskop Baqrat Qalstanyan olmalıdır:

"Həqiqətən də, bu dövr üçün ən uyğun namizəd bu şəxsdir. Qalstanyan bütün bu prosesi məntiqli şəkildə idarə edəcək”.

Qeyd edək ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Etirazlar hazırda davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı