Kababı faydalı olması üçün bununla birgə yeyin

Kabab ət qidası kimi dəmiri artıra bilər, amma onunla birgə başqa qida yeyilməlidir ki, dəmir mənimsənilsin.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, həkim Natalya Denisova kababı düzgün yeməyin qaydasını açıqlayıb:

“Şelton qidalanma nəzəriyyəsinə görə, qidada hər bir komponentin həzminə görə, mədə-bağırsaq şirəsi, fermentlər lazımdır. Zülalla karbohidratın həlli üçün fərqli konsentrasiyada mədə şirəsi tələb olunur. Ona görə bu iki qidanı bir yerdə yemək, turş qidaları nişasta ilə birgə yemək olmaz.

Əslində isə uyğun gəlməyən qidalar yoxdur. Əgər həzm olmursa, bu mədə-bağırsaq problemləri ilə əlaqədardır.

Bu həm də genetik, ailə, ölkə ənənələri ilə bağlıdır. Müxtəlif mətbəxlərdə ərzaqların uyğunlaşdırılması da müxtəlifdir. Məsələn, biz süddə balıq yemiriksə, slandinaviyalı üçün bu milli yeməkdir.

Bizim həzm sistemimiz elə qurulub ki, müxtəlif qidaları həzm edə bilər.

Ətdən dəmiri almaq üçün vitamin C lazımdır. Bu vitamin isə tərəvəz, sitrus və göyərtidə çoxdur. Ona görə də kababla birgə göyərti, limon, cəfəri yesəz, dəmirə təsir edər.

Eləcə də yeməkdən sonra çay və qəhvədə olan tanin kalsiumun sovrulmasını pozur. Belə hallarda həkimlə məsləhətləşin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı