FHN "Sədərək"də yanğınla bağlı məlumatlara münasibət bildirdi

FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, "Sədərək" ticarət mərkəzi ərazsində yanğın olması barədə nazirliyin "qaynar xətt"inə hər hansı məlumat daxil olmasa da, sosial şəbəkədə yanğın barədə yayılan görüntülər araşdırılıb.

    Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırdığı məlum olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı