Minimum əmək haqqı nə qədər arta bilər? - Proqnoz

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əmək haqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əmək haqqı nə qədər arta bilər?”

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub: “Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2,7 dəfə artırılıb. Minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi.

2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əmək haqqındakı artım faizi 11,3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb”.

V.Bayramov qeyd edib ki, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir: “Yəni 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Bu halda söhbət iki rəqəmli artımdan gedir.

Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı