Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildrilib ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli, 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması və Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi, 81 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə mayın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Ülvi Bünyadzadə, Ruhulla Axundov, Bakıxanov, Natiq Şahbazov küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin (tam olaraq) və Bilgəh qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı